Xəbər lenti

Tovuzda məktəblilər üçün təşkil edilən layihənin yekun prezentasiyası oldu (FOTOLAR)
Ölkə13:06 19.02.2020

Tovuzda məktəblilər üçün təşkil edilən layihənin yekun prezentasiyası oldu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Deməyə sözümüz var” – məktəbli foto və video jurnalistika kursları” layihəsi öz işini yekunlaşdırıb.
Qaynarinfo xəbər verir ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində baş tutub. Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyi tərəfindən icra edilən layihənin məqsədi müasir texnologiyalardan istifadə etməklə cəmiyyətdə mövcud olan əhəmiyyətli uğurlara və problemlərə geniş ictimaiyyətin diqqətini cəlb etmək üçün məktəblilər arasında bilik və bacarıqların artırılmasından ibarətdir.
Tədbiri çıxış sözü Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyinin direktoru Valeh Məmmədov açaraq qonaqlara layihə haqqında geniş məlumat verib. Daha sonra təşkilatın eksperti qonaqları layihənin icrası, fəaliyyətlərin detalları, statistikanı və fotoları əks etdirən prezentasiya ilə tanış edib. Layihədə foto və video jurnalistika kurslarının fəal iştirakçısı kimi şagirdlər də öz fikirlərini bildiriblər. Onlar həmçinin gələcəkdə belə tədbirlərə qoşulmaq arzusunda olduqlarını dilə gətiriblər. 
Çıxış edən qonaqlar yekdilliklə müasir dövrdə gənclərin bu cür aktual layihələrə qoşulmalarının vacibliyini xüsusi vurğulayıblar. Onlar gələcəkdə belə fəaliyyətlər daha geniş coğrafiya və auditoriyanı əhatə edəcəyinə əmin olduğunu bildiriblər.