Xəbər lenti

Tovuzda şagirdlər 8 kilometr kənara getməyə məcburdur - VİDEO
Ölkə15:55 25.02.2017

Tovuzda şagirdlər 8 kilometr kənara getməyə məcburdur - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir kənddə olan 2 məktəbin hər ikisi 11 illik tam orta təhsildən 9 illik natamam orta təhsilə keçir. Uşaqlara isə təhsillərini 8 kilometr aralıda yerləşən başqa məktəbdə davam etdirmək təklif edilir.
Qaynarinfo.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Tovuzun Alakol kəndində təhsil alan şagirdlərin valideynləri isə bu haldan narahatdır. 
Tovuz Rayon Təhsil Şöbəsindən isə bildirildi ki, məktəblərin 9 illik sistemə keçirilməsi Təhsil Nazirliyinin tətbiq etdiyi şərtlərlə həyata keçirilir. Belə ki, infrastrukturu, müəllim kontingenti həmin şərtlərə uyğun olmayan təhsil ocaqlarında da növbəti ildən 9 illik sistemlə tədris aparılacaq.
Qeyd edək ki, hazırda Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır.
Qaynarinfo.Az