Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, yanğının söndürülməsinə Tovuz rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.