Şəkillərdə gördüyünüz Tovuz rayon İbrahim Hacılı kənd orta məktəbidir. Hal-hazırda burada şagirdlər təhsil alır. Antisanitar şəraitlə yanaşı nəzarətsiz istilik sobaları da məktəbli uşaqlar üçün əlavə təhlükədi. Maddi -texniki bazanın səviyəsindən asılı olmayaraq belə şəraitdə təhsil almaq mümkünsüzdür.
Qeyd edək ki hazırda Azərbaycanda yüzlərlə təhsilə yarasız məktəb var. Lakin 3 min nəfərdən çox əhalisi olan kəntdə bu cür bərbad məktəblərin mövcudluğu və laqeyd münasibət təhsilin gələcəyinə kölgə salır.