
Ötən gün yanaraq yararsız hala düşən Tovuz rayon Nurəddin Sadıqov adına Alakol kənd orta məktəbinin şagirdləri təhsillərini kəndin tibb məntəqəsində davam etdirəcəklər.
Bunu rayon təhsil şöbəsinin müdir müavini Murğuz Əsədov deyib.
O bildirilib ki, kənd tibb məntəqəsinin 2-ci mərtəbəsi dezinfeksiya edilib və məktəbin inventarları ora daşınıb: "Mayın 4-dən etibarən məktəbin şagirdləri həmin binada təhsillərini davam etdirəcəklər. Yanan məktəbə Təhsil Nazirliyinin əməkdaşları da baxış keçirib. Yeni tədris ilində Alakol kəndində yeni məktəb binası inşa ediləcək". (Report)
Qaynarinfo.az