Xəbər lenti

Tovuzda zəlzələ oldu (YENİLƏNİB)
Ölkə09:32 16.08.2025

Tovuzda zəlzələ oldu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gədəbəy stansiyasından 45 km şimal-qərbdə Tovuz rayonunda zəlzələ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ episentrdə 4, ətraf yaxın rayonlarda 3 bal gücündə hiss olunub. 
09:32
Tovuz rayonunda 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 08:31-də, 10 km dərinlikdə baş verən yeraltı təkanlar hiss olunub.