Xəbər lenti

Tovuzda zorlanan qıza görə daha bir həbs
Ölkə07:22 05.04.2015

Tovuzda zorlanan qıza görə daha bir həbs

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzda 20 yaşlı tələbə qızı zorlamaqda şübhəli bilinən 4 nəfər oğlandan 4-cüsü də həbs edilib. Aznews.az-a daxil olan məlumata görə, saxlanılan Nemət Rzayev Tovuz Rayon Polis İdarəsinə aparılıb. 
O, 20 yaşlı G.N.-nı zorlamaqda ittiham olunur. İş sabah Gəncə Rayon Məhkəməsinə gondəriləcək.
Qeyd edək ki, Əyyublu kənd sakini olan, 20 yaşlı G.N. 4 nəfər həmkəndlisi tərəfindən zorlandığı ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət edib. 
Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib.
Tovuz Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Şikayət olunan 4-cü şəks isə sərbəst buraxılmışdı.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qaynar.info