Ölkə 18:47 23.05.2022

Tovuzdan Bakıya verilişə gələndə itkin düşən qadın tapıldı (FOTO)

Tovuzdan Bakıya verilişə gələndə itkin düşıən yaşlı qadın tapılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində Tovuz rayonu Hunanlar kənd sakini Firuzə Yusifovanın yeri Bakı şəhərində müəyyən edilib. O, gün ərzində ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən "ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb. Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülüb.