Xəbər lenti

Tovuzun kartof sahələrində xəstəlik yayılıb - FOTOLAR
Ölkə17:51 23.04.2017

Tovuzun kartof sahələrində xəstəlik yayılıb - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayonundakı kartof sahələrində xəstəlik yayılıb.
"Report" xəbər verir ki, rayonun Alakol kəndində iki fermerin əkin sahəsində torpağa basdırılan bitkilər məhv olmaq üzrədir.
Kəndlilər deyirlər ki, illərdir təsərrüfatla məşğul olsalar da, sahələrdə belə vəziyyətə rast gəlinməyib. Təsərrüfatçılar xəstəliyin məhsuldarlığa ciddi ziyan vuracağından narahatdırlar.
Fermer Mübariz Abbasov bildirib ki, 10 hektar sahədə 2 həftədən çoxdur, kartofun yarpaqları saralıb, toxumu isə qaralaraq məhv olub. Fermer sahələrdə yayılan xəstəliyin mənşəyinin bilinmədiyini və bu səbəbdən aparılan dərmanlama işlərinin də təsir göstərmədiyi deyib.
Qaynar.Az