Xəbər lenti

Toy gecəsi baş verən cinayətlə bağlı RƏSMİ AÇIQLAMA
Ölkə07:10 30.10.2013

Toy gecəsi baş verən cinayətlə bağlı RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda toydan sonra baş verən bıçaqlaşma ilə bağlı rəsmi məlumat yayılıb.

BŞBPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-da Mehmandarov küçəsində yerləşən “Firuzə” şadlıq sarayının həyətində Bakı şəhər sakinləri - Xaləddin Əhədov, Eldar Məmmədov və Fərid Cərullayev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Taleh Tağıyev tutulub.

Xatırladaq ki, toy sahibinin qonşusu Xaləddin Əhədovun avtomobilini doğru yerdə saxlamaması qarşıdan gələn maşının sürücüsü Taleh Tağıyevin xoşuna gəlməyib və o, X.Əhədova 5 bıçaq zərbəsi endirib. Daha sonra ev sahibinin qohumu Eldar Məmmədov hadisəni aydınlaşdırmaq istərkən, o da ürəyindən bıçaqlanıb.

Qaynar.info