Xəbər lenti

Toy günü ölən bəyin meyiti tapıldı - FOTOLAR
Ölkə18:15 22.09.2014

Toy günü ölən bəyin meyiti tapıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təxminən üç gün öncə Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində dostları ilə birgə çimərkən boğulub ölən Bakı sakini, 1987-ci il təvəllüdlü Fuad Faiq oğlu Rəsulovun meyiti bu gün səhər saatlarında sudan çıxarılıb. 

Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, qohumlarının verdiyi məlumata görə, meyit boğulduğu yerdən 2 kilometr aralıda üzə çıxıb.

Bundan sonra ekspertizaya müayinə olunmaq üçün aparılan Fuad Rəsulovun meyiti bu gün axşam 19:00-da onun ata-baba yurdu olan Qazax rayon Çaylı kəndinə gətirilib. Kənd camaatı, mərhumun doğmaları meyiti gətirən ambulansı göz yaşları içində qarşılayıblar.

Əlavə məlumat üçün bildirək ki, sentyabrın 27-də Fuad Rəsulovun toyu olacaqdı. Onun nişanlısı olan Suqra Carçıyevanın toy mərasimi bir neçə gün əvvəl olub. Fuad Rəsulov dostları ilə birgə Qazax rayonunda keçirilən qız toyundan qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Bu zaman o, boğulub. 

Mərhum sabah doğulduğu Çaylı kənd qəbiristanlığında torpağa tapşırılacaq. 

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info