Xəbər lenti

Toy kortejində qəza, ölən və yaralananlar var (SİYAHI)
Ölkə09:49 12.07.2021

Toy kortejində qəza, ölən və yaralananlar var (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qusarda avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Qaynarinfo-nun "Report"a istinadən verdiyi məlumata görə hadisə, Qusar-Şahdağ yolunun 26-cı kilometrliyində qeydə alınıb.
Ənix kənd sakini, Əmirgünə Firdovsi oğlu Əmiraslanovun idarə etdiyi "Opel"markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili dərəyə aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb.
Ölən:
1993-cü il təvəllüdlü İsmixan Ədalət oğlu Şəkərov.
Yaralılar:
1994-cü il təvəllüdlü Əmirgünə Firdovsi oğlu Əmiraslanov,
1993-cü il təvəllüdlü Abuçin Osman oğlu Osmanov,
1994-cü il təvəllüdlü Tofiq Əziz oğlu Kərimov.
Qəza zamanı vəfat edən sərnişin İ.Şəkərovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.