Xəbər lenti

Toya bıçaqla gəldi, qan tökdü
Ölkə08:12 14.08.2016

Toya bıçaqla gəldi, qan tökdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Qaynarinfo.Az report.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Rayonun Babazənan yaşayış massivinin sakini, 32 yaşlı Rəşad Ramiz oğlu Novruzov Stansiyadakı şadlıq sarayında toyda olarkən tanımadığı şəxs tərəfindən 4 bıçaq yarası alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az