Xəbər lenti

Toyda dava düşdü, Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - VİDEO
Ölkə11:51 24.04.2017

Toyda dava düşdü, Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.
"Qaynar" "Report"a istinadən xəbər verir ki, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.
Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə qospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.
Hadisənin təfərrüatına gəldikdə, toy mərasimində qonaq kimi iştirak edən P.Məmmədovun stoluna restoranın ofisiantı kabab gətirib. P.Məmmədov kababın yaxşı bişmədiyini və yandığını deyərək ofisiantla mübahisə edib. Restoranın məsul şəxlərindən biri, hələlik adı açıqlanmayan azərbaycanlı P.Məmmədovla mübahisə edib. Daha sonra onlar mübahisəni davam etdirmək üçün restoranın yaxınlığındakı parka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədova 5 bıçaq zərbəsi vurub.
Onu bıçaqlayan şəxs saxlanılıb.
Qaynar.Az