Xəbər lenti

Toyda sözləri çəp gəldi, vəzifəli şəxsi bıçaqladı (VİDEO)
Ölkə19:15 31.07.2017

Toyda sözləri çəp gəldi, vəzifəli şəxsi bıçaqladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəran rayonunda icra nümayəndəsinin müavini bıçaqlanıb.

"Qaynarinfo" xəbər verir ki, rayonun Günəhir ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışan 40 yaşlı Mirzəyev Famin Mirhüseyn oğlunu bıçaqlayan Sumqayıt şəhər sakini Caniyev Amil Babarəhim oğlu saxlanılaraq istintaqa cəlb olunub. Onun polisə könüllü təslim olduğu deyilir.

İlkin ifadəsində A.Caniyev kəndə toy məclisində iştirak etmək üçün gəldiyini, yeyib-içdikdən sonra toydan çıxıb və F.Mirzəyevlə sözləri düz gəlmədiyini, aralarında yaranan mübahisənin qan tökülməklə nəticələndiyini bildirib.(ARB)

Qaynarinfo.Az