Xəbər lenti

Toyda vaksinasiyadan keçməyən şəxslər aşkarlanarsa, kimlər cərimələnəcək?
Ölkə06:06 02.07.2021

Toyda vaksinasiyadan keçməyən şəxslər aşkarlanarsa, kimlər cərimələnəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Toy mərasimində vaksinasiya edilməyən şəxs aşkarlanarsa, toy sahibləri məsuliyyətə cəlb ediləcək”.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, vaksinasiyadan keçməyən iştirakçılar aşkarlanarsa, həm məclis sahibi, həm də şadlıq sarayının rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb ediləcək:
"Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə müvafiq olaraq, fiziki şəxslər 200 manatdan 400 manata qədər, vəzifəli şəxslər 4 min manatdan 5 min manata, hüquqi şəxslərə isə 5 min manatdan 11 min manata qədər cərimə edilməsi nəzərdə tutulub”.