Xəbər lenti

Toydan qayıdan avtobus aşdı: 22 yaralı
Ölkə05:29 22.09.2014

Toydan qayıdan avtobus aşdı: 22 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə saat saat 01:30 radələrində Balakəndə keçirilən toy məclisindən qayıdan mikroavtobus Şəkidə yol qəzasına düşüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ağır yol qəzası Şəkinin Biləcik kəndi ərazisində baş verib.

Belə Şəki şəhər sakini İlham Şamil oğlu Ramazanov idarə etdiyi “Mercedes” markalı 55-BO-926 dövlət nömrə nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən Biləcik kəndi ərazisində idarə etməni itirib və mikroavtobusu yolun kənarına aşırıb.

Hadisəyə avtobusun qarşısına qəflətən atın çıxması səbəb olub. Mikroavtobusda toydan qayıdan Baltalı kənd sakinləri olublar. Nəticədə sərnişinlərdən 22 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin tibbi yardım göstərildikdən sonra 18 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Yaralılardan nisbətən ağır olan Sədayə Əhmədova, Şakir Cəfərov, Ehtiram Əhmədov və Vüsal Paşayevin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info