Xəbər lenti

"Toyların açılması camaatı cərimələmək üçün tələdir?"
Ölkə09:00 25.06.2021

"Toyların açılması camaatı cərimələmək üçün tələdir?"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Toylar açılır, lap yaxşı - bunu bildik. Bəs, açıq havada toyda maska taxmaq, ya taxmamaq haqda bir açıqlama verən olub?".
Qaynarinfo xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi toy məclislərinin keçirilməsinə icazə verilməsindən və qadağalardan bəhs edib.
"Yoxsa, toyların açılması yenə camaatı ucdantutma cərimələmək üçün tələdir? O boyda Amerikada maska taxmayanları cərimələyən görmədim. Maska məcburiyyəti də iyunun 15-dən ləğv olundu. Las-Veqasda 15-dən əvvəl də ümumiyyətlə maska taxan yox idi" deyə, Nura əlavə edib.