Xəbər lenti

Toyuq-cücə üstündə qan düşdü - VİDEO
Ölkə21:08 15.01.2014

Toyuq-cücə üstündə qan düşdü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərtər rayonunda kəndlilər arasında toyuq-cücə üstündə dava düşüb. 

“Qafqazinfo” xəbər verir ki, tragikomik hadisə Tərtərin Qarağacı kəndində iki ailə arasında baş verib. Belə ki, Abışovların toyuqları Quliyevlərin otlaq sahəsinə girib. Bundan qəzəblənən Quliyevlər  toyuqları sahədən çıxararaq  bu barədə xəbərdarlıq ediblər. 

Xəbərdarlıq mübahisəyə, mübahisə isə davaya çevrilib. Kəndlilər əllərindəki ağac, yaba, dəyənəklə bir birinə hücüm çəkib. Qadınların da qarışaraq döyüldüyü  davada hər iki ailədən 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qaynar.info