Xəbər lenti

TQDK 34 nəfərin nəticəsini ləğv etdi
Ölkə08:30 05.08.2013

TQDK 34 nəfərin nəticəsini ləğv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 3-də II ixtisas qrupu üzrə qəbul imtahan vermiş 34 abituriyentin nəticəsi ləğv edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Anspress-ə verilən məlumata görə, onlar müxtəlif qayda pozuntularına yol verdiklərinə görə - imtahanın gedişinə mane olma, sual kitabçalarını dəyişməyə və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub. 
Qeyd edək ki, hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Variantlar üzrə düzgün cavablar isə TQDK-nın saytında yerləşdirilib.
Qaynar.info