Xəbər lenti

TQDK abituriyentlərə 2 gün vaxt verdi
Ölkə15:25 13.08.2013

TQDK abituriyentlərə 2 gün vaxt verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ixtisas seçimində iştirak edəcək abituriyentlərə müraciət ünvanlayıb. 

Komissiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, indiyədək 30642 abituriyent ixtisas seçimində iştirak edib.“Abituriyentlərin ixtisas seçiminin başa çatmasına iki gün qalır. 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2013-cü il avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər. Abituriyentlərin ixtisas seçimi avqustun 15-i saat 00:00 başa çatacaqdır. 

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər. 13 avqust saat 14:00-dək həmin abituriyentlərdən 30642 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib”-deyə TQDK-nın yaydığı məlumatda bildirilib.

Qaynra.info