Xəbər lenti

TQDK abituriyentlərə müraciət etdi
Ölkə13:37 04.04.2015

TQDK abituriyentlərə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət edib. Qaynar.info Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, sabah - aprelin 5-də sınaq imtahanı keçiriləcək. 
Bununla əlaqədar olaraq komitənin yaydığı məlumatda bildirilib ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçiriləcək. 
Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahan binasına buraxılmayacaqlar.
Qaynar.info