Xəbər lenti

TQDK abituriyentlərə xəbərdarlıq etd
Ölkə16:00 10.08.2015

TQDK abituriyentlərə xəbərdarlıq etd

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərə xəbərdarlıq edib.
Komissiyadan AzNews.az-a verilən məlumata görə, xəbərdarlıq ixtisas seçimi ilə bağlıdır. TQDK bildirir ki, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizələrini təsdiqləməlidirlər. Əks təqdirdə, onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Bu gün saat 12:00-a olan məlumata görə, ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 34749 abituriyent, V ixtisas qrupu üzrə isə 8338 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 
Qaynar.info