
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsini 2014-cü il iyul ayında keçirəcək.
Modern.az xəbər verir ki, həmin imtahanda iştirak edəcək namizədlər üçün “İmtahana buraxılış vərəqi”nin çapı həmin ərəfədə həyata keçiriləcək və bu barədə öncədən məlumat veriləcək.
Bu haqda TQDK-nın mətbuat xidmətindən məlumat verilib. (Modern.az)
Qaynar.info