Xəbər lenti

TQDK düzgün cavabları açıqladı
Ölkə06:15 18.05.2015

TQDK düzgün cavabları açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirilən qəbul imtahanlarında istifadə edilən suaların düzgün cavablarını açıqlayıb. 
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdirilib. 
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Azərbaycan bölməsi - II qrup
Azərbaycan bölməsi - III qrup
Rus bölməsi - II qrup
Rus bölməsi - III qrup
Qaynar.info