Xəbər lenti

TQDK imtahan keçirdi
Ölkə09:00 08.05.2015

TQDK imtahan keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. 

TQDK-dan verilən məlumata görə, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən imtahan saat 10:00-da başlanıb və 3 saat ərzində aparılıb.

İmtahan təlimata uyğun olaraq keçirilib, namizdələrin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanın nəticələri bu gün TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək.

Qaynar.info