
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Bakının Həsən Əliyev küçəsindəki köhnə inzibati binası sökülür.
Qaynar.info bildirir ki, TQDK-nın köhnə binasının yerində yeni inzibati bina inşa ediləcək. Bu, sözügedən qurumun səlahiyyətlərinin genişləndirilməsi və buna uyğun olaraq da onun ştat və struktur vahidlərinin artması ilə bağlıdır.
Bina tikilib başa çatdırılana qədərki müddətdə isə TQDK başqa məkanda - Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 1 ünvanında fəaliyyət göstərməkdə davam edəcək.
Qaynar.info