Xəbər lenti

TQDK-nın mətbuat xidməti ləğv olunub? - QALMAQAL BÖYÜYÜR
Ölkə06:05 14.08.2014

TQDK-nın mətbuat xidməti ləğv olunub? - QALMAQAL BÖYÜYÜR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gündür ki, jurnalistlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməti ilə əlaqə saxlamaq istəsələr də, bu, əsl problemə çevrilib. Heç TQDK mətbuat katibi Elnur Nağızadə də telefonlara cavab vermir. 

Qaynar.info olaraq biz də dəfələrlə Elnur Nağızadə ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, etdiyimiz zənglər cavabsız qaldı. 

TQDK-nın imtahanların getdiyi bir vaxtda ictimaiyyətlə münasibətlərini bu şəkildə məhdudlaşdırması isə ciddi maraq doğurub. Hətta iddia olunur ki, qurumda ciddi yoxlamalar gedir, həmçinin dəyişikliklərin olması da istisna edilmir. 

Qeyd edək ki, ötən gün TQDK-nın keçmış ekspertlərindən biri mətbuata abituryentlərin topladığı ballara müdaxilənin mümkünlüyünü bildirmişdi. Sözügedən qurum isə bu qalmaqallı iddia ilə bağlı hələ ki, heç bir açıqlama verməyib. 

Mövzunu diqqətdə saxlayacağıq. 

Qaynar.info