
Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə qalmaqal baş verib.
Avropa.info məlumatına görə, bu barədə "Facebook" sosial şəbəkəsində xəbər yayılıb.
Məlumata görə, TQDK-nın nümayəndələri 11-ci sinifləri yoxlamaq üçün adı çəkilən məktəbə yollanıb. Sinifə daxil olan nümayəndələr 11-ci sinifdə bir qızın hicablı olduğunu görüb ondan tələb ediblər ki, təcili başını açsın. Hicablı şagird soyuqqanlılıqla "açmıram" deyib. Bunu görən və pərt olan həmin TQDK nümayəndəsi sinif qarşısında "yüz oyundan çıxırlar, sonra da başlarını bağlayırlar" deyərək qızı təhqir ediblər.
Dərsdən sonra sinif oğlanları məktəbin həyətinə yığılıb həmin şəxsləri döyüblər.
Məktəbdə hay-küy qopub.
Qaynar.info