
Məmur övladlarının yüksək vəzifələr tutması ilə bağlı mətbuatda mütəmadi olaraq məlumatlar yer alır. Qaynar.info xəbər verir ki, bizimxeber.az-a daxil olan məlumata görə, bir neçə gün əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin kiçik qızı Azərbaycan Müəllimlər İnstitutuna Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.
Sözügedən ali məktəbin rektoru, millət vəkili Aqiyə Naxçıvanlı teleqraf.com-a açıqlama verərək bu xəbərin doğru olmadığını bildirib: “Məleykə Abbaszadənin qızı 2 ilə yaxındır Müəllimlər İnstitutunda işləyir”.
AMİ rektorunun sözlərinə görə, Abbaszadə Nigar çoxdandır İnstitutda işləyir: “Bəlkə də 2 ildir bizdə çalışır. Necə yəni təzəlikcə prorektor təyin olunub. Bu tam yalan məlumatdır”.
Qaynar.info