Xəbər lenti

TQDK Təhsil Nazirliyinin dərsliklərini qəbul etmədi
Ölkə12:38 01.05.2013

TQDK Təhsil Nazirliyinin dərsliklərini qəbul etmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) V siniflər üzrə 6 orta məktəb dərsliyinin istifadəsini məqsədəuyğun saymayıb.

TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, komissiya tərəfindən V siniflər üzrə orta ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərin monitorinqi başa çatdırılıb.

Monitorinqin nəticəsinə əsasən, orta məktəblərin V sinifləri üzrə “Azərbaycan dili”, “Riyaziyyat”, iki “Həyat bilgisi”, “İngilis dili” və qüvvədə olan iki “Ədəbiyyat” dərsliyindən birinin istifadəsi məqsədəuyğun hesab olunmayıb. Digər dərsliklər və tədris vasitələrinin isə qeyd olunan irad, qeyd və təkliflər nəzərdə alınmaqla istifadəsi məqsədəuyğun sayılır.

Artıq V sinif dərslikləri ilə bağlı aparılan monitorinqin nəticələri ilə bağlı yekun rəy Təhsil Nazirliyinə təqdim edilib. Yekun rəy yaxın 2 gün ərzində TQDK-nın internet saytında yerləşdiriləcək.

Qaynar.info