XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etmədi
Siyasət22:31 24.04.2025

Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etmədi

ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda "soyqırımı” sözündən istifadə etməyib.
"Report” xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Evin saytında dərc olunan müraciətində bildirilib.
O, 1915-ci ildə baş verən hadisələri "ən dəhşətli fəlakət" adlandırıb.
Xatırladaq ki, Tramp əvvəlki prezidentliyi dövründə də "soyqırımı" ifadəsini işlətməyib.