Xəbər lenti

Tramp abidələri dağıdanlarla bağlı sərt qərar verdi: Bu vandalizmdir
Ölkə14:42 23.06.2020

Tramp abidələri dağıdanlarla bağlı sərt qərar verdi: Bu vandalizmdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da abidələrin dağıdılması vandalizmdir və qanunla ən yüksək səviyyədə cəzalandırılmalıdır.
Qaynarinfo xəbər verir ki, bu sözləri prezident Donald Tramp deyib.
Onun sözlərinə görə, abidələrə dəyən hər hansı ziyana görə qanun pozucularını 10 ilə qədər həbs cəzası gözləyir.
Tramp federal hökumətə verdiyi əmrin dərhal qüvvəyə minəcəyini və geri tarixə tətbiq edilə biləcəyini vurğulayıb.
"Mən federal hökumətə vandalizm aktı törədən və ya ABŞ-dakı hər hansı bir abidə, heykəli və ya digər federal əmlakı məhv edən hər kəsi həbs etmək və onları 10 ilədək həbs cəzasına məhkum etmək səlahiyyət verdim", - Amerika lideri "Twitter" də yazıb.
 
Alpər