Xəbər lenti

Tramp dollara necə təsir edəcək? - ŞƏRH
Ölkə07:06 23.01.2017

Tramp dollara necə təsir edəcək? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 "Tramp seçki qabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadıq qalarsa o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür".

Qaynarinfo.Az xəbər verir ki bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib:

Ekspert bildirib ki, dolların aparıcı valyutalara xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəbələrdən müəyyən enişlər mümkün görünsə də ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil: 

"Trampın “Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı".

Vüqar Bayramovun fikrincə, neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da Trampın mühafizikar siyasəti “qara qızılın” qiymətində kəskin artımlar imkan verməyəcək:

"Bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklə edəcəyi inandırıcı deyil. Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az