ABŞ Prezidenti Donald Tramp uzunmüddətli Ermənistan-Azərbaycan münaqişəsinin həllində yenidən öz rolunu qeyd edib.
"Report"un məlumatına görə, D.Tramp bunu Virciniya ştatının Kuantiko piyada dəniz bazasına yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu münaqişə 36 il davam edib: "Hamı deyirdi ki, bu münaqişə həll olunmayandır. Amma mən onu həll etdim".
Eyni zamanda, o, Ermənistan Baş naziri Nikol Paşinyanı qeyd etməyib: "(...) Azərbaycan dövlət başçısı və o biri oğlan".
Şərhlər