Xəbər lenti

Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib
Dünya 23:55 27.02.2025

Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.


Report-un xəbərinə görə, mətbuat konfransının mətnini Reuters agentliyi yayıb.


"Mən bunu demişəm? - Vaşinqton administrasiyasının rəhbəri əvvəlki ifadələrini təkzib edib, baxmayaraq ki, müvafiq mətni olan nəşr hələ də Trampın "Truth” sosial şəbəkəsindəki səhifəsindən silinməyib.


Xatırladaq ki, fevralın 19-da Donald Tramp öz səhifəsində Zelenskini kəskin tənqid edib və onu "seçki keçirmək istəməyən diktator” adlandırıb.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->