"Google" internetdən arzuolunmaz şəxsi məlumatların silinməsini asanlaşdıracaq bəzi dəyişiklikləri elan edib.
Qaynarinfo xəbər verir ki, axtarış nəticəsinin yanında olan üç nöqtəyə klikləməklə, həmin nəticənin silinməsi üçün sorğu göndərmək mümkün olacaq. Üç variant təqdim olunur:
1. "Bu, mənim şəxsi məlumatlarımı ehtiva edir" – Telefon nömrəsi, e-poçt, ev ünvanı, kredit kartı nömrələri, hesab məlumatları kimi şəxsi məlumatların silinməsi üçün sorğu göndərməyə imkan verir. "Google" sorğunu nəzərdən keçirəcək və nəticəni silə bilər.
2. "Mənim hüquqi silinmə sorğum var" – Əgər məzmun "Google"un məhsul siyasətlərini pozursa, bu variantdan istifadə olunur.
3. "Bu məlumat köhnədir və mən onu yeniləmək istəyirəm" – Əgər səhifə yenilənib, lakin axtarış nəticələrində hələ də köhnə versiya görünürsə, nəticənin yenilənməsi üçün sorğu göndərmək mümkündür.
Bundan əlavə, "Sizin haqqınızda nəticələr" funksiyası da yenilənib. Bu funksiya "Google"da telefon nömrəsi və ya ünvan kimi şəxsi məlumatları avtomatik axtarır və onları silmək üçün alətlər təqdim edir.
"Google" bu yeniliyin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağını açıqlamayıb. Bunun əlçatan olub-olmadığını yoxlamaq üçün "Google" hesabınızın ayarlarına baxa bilərsiniz.
Alpər
Şərhlər