Xəbər lenti

Trampdan yeni sərəncam - Rusiya əleyhinə sanksiyalar ləğv edilsin
Ölkə12:55 27.01.2017

Trampdan yeni sərəncam - Rusiya əleyhinə sanksiyalar ləğv edilsin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiya əleyhinə qüvvədə olan sanksiyaları ləğv etməyə hazırlaşır

Prezidentin administrasiyası sanksiyaların ləğvi üçün lazım olan bütün sənədləri hazırlayıb.

Bu barədə məlumatı "Atlantic Council" analitik mərkəzinin elmi əməkdaşı Fabris Potye verib. Moskva, Berlin və Vaşinqton arasında danışıqlar həftənin şənbə günü baş tutacaq. Tramp administrasiyası isə Rusiyaya qarşı sanksiyaların ləğvi üçün prezident sərəncamını hazırlayıb.

Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsini Amerikanın nüfuzlu "Politico" nəşriyyat orqanının əməkdaşı Syuzen Qlasser də təsdiqləyib. Onun sözlərinə görə, bu barədə xəbəri bir neçə mənbə təsdiqləyib.(plke.az)

Qaynarinfo.Az