Xəbər lenti

Dünya 20:50 19.02.2025

"Trampın daha nələr edəcəyini yaxın zamanda görəcəyik" - Politoloq

"Bu məsələlər ona görə yaranır ki, Tramp öz düşüncə tərzinə görə Putinə yaxın adamdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Trampın son addımlarına münasibət bildirərkən deyib:

"Belə təsəvvürlər ondan yaranır ki, hər iki tərəf bir-birinin maraqlarına oynayır. Amma əslində, hər biri özünün və öz ölkəsinin maraqlarından çıxış edir. Yəni onların ikisinin də düşüncə tərzləri və problemləri həll etmək metodları yaxındır”. 
 


Bu mənada da ekspert qeyd edir ki, yaranmış vəziyyətdən Avropanın, eləcə də Amerikanın özünün də narahat olmasına əsaslar var:

"Hətta Amerikanın özünün də narahat olmağa əsası var. Uzun illər qəbul olunan qərarlar bir gün ərzində dəyişir. Əvvəlki hakimiyyət idarəçilikdə səhvə yol verirdisə, bu o demək deyil ki, bir gün ərzində onu dəyişməklə ölkəni idarə etmək olar. Tramp bir dəfə buna cəhd edəndə, onun nəyə gətirib çıxardığını gördük. Düşünürəm ki, Tramp hakimiyyəti təkcə Avropaya yox, bütövlükdə Amerikanın özü üçün də müəyyən dövrdə ciddi kataklizmlər hazırlayır. Onun daha nələr edəcəyini hələ qarşıda görəcəyik”. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərə başlayan kimi atdığı addımlar, xüsusən də Ukrayna məsələsində sərgilədiyi hərəkətlər onun az qala Rusiyanın direktivləri əsasında hərəkət etdiyi təəssüratını yaradır. Hər halda onun fəaliyyəti belə təəssüratların yaranmasına rəvac verib. Bəziləri də bildirir ki, Tramp özünü belə göstərməklə əslində hansısa strateji planlarının gerçəkləşməsi və Moskvanı tora salmaq üçün Rusiyanın başının altına yastıq qoyur. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->