Xəbər lenti

Trampın inaqurasiyasına qatılan azərbaycanlı xanım: kimdir o? - FOTOLAR
Ölkə10:50 22.01.2017

Trampın inaqurasiyasına qatılan azərbaycanlı xanım: kimdir o? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məlum olduğu kimi, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərasimdə azərbaycanlı biznes leydi Aytən Mirzoyeva da iştirak edib. O, Amerika prezidentinin qızı İvanka Trampla yaxın dostdur və onun şəxsi dəvəti ilə mərasimə qatılıb. Aytən Mirzoyeva ailəsi ilə birlikdə həm Kapitolda baş tutan inaqurasiyada, həm də andiçmədən sonrakı balda iştirak edib.
Aytən Mirzoyeva Azərbaycan tibb elminin görkəmli xadimlərindən biri olan Bəşir Quliyevin nəvəsidir. O, hazırda Fransanın paytaxtı Parisdə yaşayır və işləyir. Xanım Mirzəyeva Fransanın tarixi memarlıq şirkətlərindən biri olan “Vasconi Architectes”in vitse-prezidenti vəzifəsində çalışır. Şirkətin rəhbəri isə onun həyat yoldaşı Tomas Şinkodur.
Bu memarlıq şirkətinin əsası 1973-cü ildə qoyulub, lakin bir neçə il öncə şirkəti Tomas Şinko əldə edib. Hazırda şirkətin Parisdə, Luksemburqda, Nyu-Yorkda, Honkonqda ofisləri var və dünyanın bir çox ölkələrində memarlıq layihələri həyata keçirir.
Aytən Mirzoyeva İvanka Trampla uzun illərdir dostluq edir. O, dəfələrlə Amerikada Tramp ailəsi ilə görüşüb.
Qaynarinfo.Az