Xəbər lenti

Trampın məhkəməsi 6 il təxirə salına bilər
Dünya 12:00 02.12.2023

Trampın məhkəməsi 6 il təxirə salına bilər

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Corcia ştatında seçkilərə müdaxiləsinə görə məhkəməsi 2029-cu ilə qədər təxirə salına bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Trampın vəkili Stiv Sadou "Politico"ya müsahibəsində bildirib.

Təxirə salınma siyasətçinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə baş tutacaq.

"Cinayət mühakiməsi onun səlahiyyət müddəti başa çatana qədər aparılmayacaq", deyə hüquq müdafiəçisi izah edib.

Sadou ABŞ-da noyabrda keçiriləcək seçkilər ərəfəsində 2024-cü ilin avqustunda Trampın məhkəməsinin başlamasına qəti şəkildə qarşı çıxıb və bunun "seçki prosesinə müdaxilə” olacağını deyib.

Bundan bir qədər əvvəl Vaşinqton Apellyasiya Məhkəməsi 2021-ci ilin yanvarında baş verən Kapitoliya hücumu ilə bağlı Donald Trampın toxunulmazlıq hüququndan məhrum edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->