Xəbər lenti

Transformatorda yanan sevgililərin toyundan FOTO
Ölkə07:06 18.12.2016

Transformatorda yanan sevgililərin toyundan FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, ötən ilin oktyabrında transfarmatora girən və nəticədə ağır bədən xəsarəti alan sevgililər ailə həyatı qurub.
“Qafqazinfo” xəbər verir ki, Fəqan adlı oğlan və onunla birlikdə transfarmatorda xəsarət alan sevgilisinin  “Fərid Palace”də toyu olub.
Məlumata görə, bir qoluna protez taxılan oğlan və sevgilisinin toyu dostlarının köməkliyi ilə keçirilib. Hətta dostların cütlük üçün kiyarə ev tutduğu da deyilir.
Qeyd edək ki, Fəqan və 18 yaşlı sevgilisi ötən ilin oktyabrında Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsindəki transfarmatora daxil olmuş, nəticədə ağır xəsarət almışdı. Oğlan qəza zamanı bir qolunu itirib.
Qaynarinfo.Az