
Yüksel Degercan Xarici Yayımlar Departamentinə sədr müavini təyin olunduqdan sonra TRT-nin Bakı təmsilçisi vəzifəsinə Əmrah Timuçin Yazıcı təyin edilib.
TRT-nin Bakı Təmsilçiliyindən Trend-ə verilən məlumata görə, Ə.T.Yazıcı iki ildir Bakı Təmsilçiliyində müxbir olaraq fəaliyyət göstərir. O, iki il müddətində ölkəmizin bölgələrində çəkilişlər aparıb, bir çox xəbər və proqramlar hazırlayıb.
Ə.T.Yazıcı bildirib: "Mən özümü xarici ölkədəki kimi hiss etmirəm, Azərbaycan mənim iki vətənimdən biridir. Türkiyə və Azərbaycan arasında media sahəsində mövcud olan əlaqələr inkişaf edərək daha da yüksələcək".
Qeyd edək ki, TRT-nin gənc təmsilçisi ailəlidir, bir övladı var. Qızı bu il Bakıda dünyaya gəlib.
Qaynar.info