Xəbər lenti

Tunisin baş naziri istefa verib
Ölkə17:56 09.01.2014

Tunisin baş naziri istefa verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tunis hökumətinin başçısı Əli Larayed istefa verdiyini elan edib. 
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə o mətbuat nümayəndələri ilə görüşündə bəyan edib. “Mən artıq prezidentə istefa ərizəmi təqdim etdim”, deyə Larayed jurnalistlərə bildirib. 
Hökumət başçısı qeyd edib ki, yaxın zamanda Tunisdə Mehdi Comaanın rəhbərliyi altında müvəqqəti hökumət formalaşacaq. Baş nazirin istefası ötən ilin oktyabrında ölkədəki siyasi böhrana son qoyulması üçün başlayan milli dialoqun yekun nəticəsi olub.
Qaynar.info