Xəbər lenti

Tural Abbaslı azadlıqda
Ölkə07:45 22.08.2013

Tural Abbaslı azadlıqda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə üsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı facebook hesabında məlumat verib. O bildirib ki, Tural Abbaslı bu gün saat 14-00 da sərbəst buraxılmalıydı: “Xeyli gənc Turalı qarşılamaq üçün Binəqədi təcridxanasının qarşısına getmək üçün hazırlaşırdı deyə, hakimiyyət Tural Abbaslını vaxtından 2 saat əvvəl buraxıb”.

Qeyd edək ki, avqustun 7-də Nəsimi Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədri, Müsavat Partiyasının Divan üzvü Tural Abbaslının məhkəməsi olmuşdu. Tural Abbaslı 12 yanvar “Əsgər ölümlərinə son!” aksiyasında cərimələndiyi və 600 manat cəriməni ödəməkdən imtina etdiyi üçün barəsində 220 saat ictimai işlərə cəlb olunmaqla bağlı qərarı verilmişdi, lakin o, 220 saatlıq işdən boyun qaçırmışdı.

Qaynar.info