Xəbər lenti

“Turan“ klinikası qanunsuz fəaliyyət göstərir
Ölkə12:58 15.05.2014

“Turan“ klinikası qanunsuz fəaliyyət göstərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Özəl klinika lisenziyasız fəaliyyət göstərir. 

Baş həkim lisenziya müddətinin bitdiyini etiraf edir. 

Səhiyyə Nazirliyinin rəsmisi isə baş vermiş qanunsuzluğu hüquq-mühafizə orqanlarının araşdırmalı olduğunu bildirir.

Aktual.az-ın əldə etdiyi məlumata görə, paytaxtda yerləşən özəl tibb mərkəzlərindən olan "Turan" klinikası lisenziyasız fəaliyyət göstərir.

Məlumatda bildirilir ki, Səhiyyə Nazirliyinin klinikaya verdiyi beşillik lisenziyanın müddətinin artıq iki aydır bitməsinə baxmayaraq, bu müddət ərzində klinika, qeyri-qanuni olaraq, fəaliyyətini davam etdirir. Bu isə ən azı hüquqi məsuliyyət deməkdir. Çünki lisenziya əsasında fəaliyyət göstərməyən klinikalarda vergidən yayınma halları olur və hüquqi proseslərin qanunla tənzimlənməsi həyata keçirilmir.

Bunu Aktual.az-a "Turan" klinikasının baş həkimi Həmid Mustafayev də etiraf edib: “Bəli, bizim klinikanın lisenziya müddəti bitib. Amma, biz, qanunsuz olaraq, fəaliyyət göstərmirik. Sadəcə olaraq

Səhiyyə Nazirliyinin bizə təqdim etdiyi beşillik lisenziyanın müddəti bitib. Biz onlara lisenziya üçün müraciət etmişik. Bəzi prosedurlardan sonra yenidən lisenziya alacağıq. İndi isə fəaliyyətimizi davam etdiririk". 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli Aktual.az-a deyib ki, lisenziyanın müddəti bitəndən sonra fəaliyyət göstərmək qanunsuzdur: “Bu qanunsuzluğa görə isə Səhiyyə Nazirliyi cavabdehlik daşımır. Bunu hüquq-mühafizə orqanları araşdırmalı və lazımi ölçü götürməlidir”, – deyə mətbuat xidmətinin rəhbəri sonda qeyd edib. 

Qaynar.info