İdman 14:52 17.02.2023

"Turan Tovuz" azarkeşlərinə, "Kəpəz" futbolçusuna görə cərimələndi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Qaynarinfo xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində baş tutan "Turan Tovuz" - "Kəpəz" matçı ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.  
 
"Turan Tovuz”  – "Kəpəz” oyununda "Turan Tovuz” azarkeşləri tərəfindən meydana kənar əşya atılmasına görə "Turan Tovuz” klubu 1600 manat cərimə edilsin ( maddə 51.1).

"Turan Tovuz”  – "Kəpəz” oyununda "Kəpəz” klubunun 68 nömrəli futbolçusu Orxan Sadıxlının oyunun 86 dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın və klub 1600 manat cərimə edilsin (maddə 36.1).
 
Səbuhi Həsənov