İdman 15:32 22.07.2022

"Turan Tovuz" bilet satışına başladı - biri 59 manat

Futbolun İnkişaf Fondu və "Turan Tovuz” futbol klubu 2022/2023 "futbol ili" üçün limitli sayda mövsümlük biletləri təqdim edib.

Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, satışa 500 ədəd bilet çıxarılacaq. Biletin birinin qiyməti 59 manatdır. Mövsümlük bilet alanlar stadionun ən yaxşı yerlərinin birindən Tovuz təmsilçisinin bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə biləcəklər və onlara klubun atributları təqdim olunacaq.
 
Azərbaycan Premyer Liqası avqusun 5-dən etibarən start götürəcək. Tovuz təmsilçisi ilk turda doğma meydanda "Qəbələ"ni qəbul edəcək. 

Səbuhi Həsənov