Xəbər lenti

"Turan Tovuz" "Mançester Siti"nin sabiq futbolçusunu transfer etdi
İdman12:43 08.04.2023

"Turan Tovuz" "Mançester Siti"nin sabiq futbolçusunu transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Turan Tovuz" heyətini yeni legionerlə gücləndirib.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub Divinie Naahla anlaşıb. Qanalı yarımmüdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb. 
26 yaşlı futbolçu karyerası ərzində "Mançester Siti” (İngiltərə), ”Stromqodset” (Norveç), "Breda” (Niderland), "Norşelland” (Danimarka), "Orebro” (İsveç), "Tubiz” (Belçika), "Hapoel” (İsrail), "Mosta” (Malta) komandalarının formasını geyinib. O, son olaraq Litva "Jalgiris”ində çıxış edib. 
Tovuz komandasında 24 nömrəli formanı geyinəcək Naah açıqlamasında bunları söyləyib:
"İlk öncə yüksək səviyyəli qarşılamaya görə hər kəsə təşəkkürümü bildirirəm. Qısa müddət ərzində özümü bu mehriban kollektivin bir parçası kimi hiss etdim. Karyeramda yüksəliş olmasını istəyirəm. Bunun üçün də mütləq meydana çıxmalıyam. "Turan Tovuz”a faydalı olacağıma inanıram. Formamı tam bərpa etmək, komandama kömək etmək üçün səylə çalışıram. Azərbaycan haqqında kifayət qədər məlumatım var idi. Burada çıxış etmiş bir çox dostlarım var. Gəlməmişdən öncə onlarla da söhbət emişdim. "Turan Tovuz” forması ilə meydana çıxmaq üçün səbrsizlənirəm”.
Səbuhi Həsənov