Xəbər lenti

«Turan»ın bank hesabları açıldı
Ölkə11:18 18.09.2017

«Turan»ın bank hesabları açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb. "Qaynarinfo" xəbər verir ki, bu barədə “Turan” özü məlumat yayıb.

Agentliyə qarşı qaldırılmış cinayət işinə xitam verilib-verilmədiyi isə hələ dəqiq məlum deyil.

Qeyd edək ki, sentyabrın 16-da Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

Qaynarinfo.Az